Türkiyədə çıxan qəzet Ər-Riyadın Suriyada terrorçulara olan yardımlarını ifşa etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320289-türkiyədə_çıxan_qəzet_Ər_riyadın_suriyada_terrorçulara_olan_yardımlarını_ifşa_etdi
Türkiyədə çıxan Yeni Şəfəq qəzeti Səudiyyə Ərəbistanının Suriyanın şimalına olan 100 milyon dollarlıq yardımına işarə edərək, Ər-Riyadı terrorçuları dəstəkləməkdə ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2018 08:54 Asia/Baku
  • Türkiyədə çıxan qəzet Ər-Riyadın Suriyada terrorçulara olan yardımlarını ifşa etdi

Türkiyədə çıxan Yeni Şəfəq qəzeti Səudiyyə Ərəbistanının Suriyanın şimalına olan 100 milyon dollarlıq yardımına işarə edərək, Ər-Riyadı terrorçuları dəstəkləməkdə ittiham edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Yeni Şəfəq qəzeti Səudiyyə Ərəbistanının Suriyanın şimalındakı silahlı qruplara olan 100 milyon dollarlıq yardımını Türkiyənin milli maraqlarına zidd hərəkət adlandırıb.

Yeni Şəfəq qəzeti Səudiyyə Ərəbistanının Suriyanın şimalındakı terrorçu qrupları himayədə ittiham edərək,  yazıb: Bu maliyyə yardımı kürd yaraqlılarının nəzarəti altında olan ərazilər üçün nəzərdə tutulub.

ABŞ iki ildir ki, Türkiyənin etirazları və xəbərdarlıqlarına rəğmən, Suriyada mərkəzi hökuməti zəiflətmək və Türkiyə hökumətinə təzyiq göstərmək məqsədilə Suriyanın şimalında terrorçu qrupları o cümlədən PYD və YPG kimi kürd yaraqlılarını silahlandırmaqla məşğuldur.