Səudiyyə rejimi yəmənli balıqçılara hücum etdi; 13 ölü
Avq 20, 2018 04:12 Asia/Baku
-
Səudiyyə rejimi yəmənli balıqçılara hücum etdi; 13 ölü
Səudiyyə rejimi qırıcı təyyarələrinin Yəmənin qərb sahilində balıqçı qayıqlarına hücumunda 13 yəmənli həlak olub, 8 nəfər də yaralanıb.
Təcavüzkar səudiyyə rejiminin qırıcı təyyarələri 9 avqustda Sədə vilayətinin Zəhyan şəhərində yəmənli məktəbliləri aparan bir avtobusu atəşə tutmuşdular. Nəticədə 55 uşaq həlak olmuş, 77 nəfər yaralanmışdı.
Səudiyyə koalisiyası qırıcı təyyarələri 2 avqustda da əl-Hüdəydə şəhərinin Əs-Surə xəstəxanasını bombaladılar. Bu cinayətdə azı 60 yəmənli həlak oldu, 100-dən çox şəxs yaralandı.
Beynəlxalq təşkilatlar və insan haqları dairələri indiyədək dəfələrlə səudiyyə rejiminin Yəməndəki cinayətlərini qınayıblar.