Bəşar Əsəd Səudiyyə Ərəbistanının təklifini rədd edib
-
Bəşar səd Səudiyyə rəbistanının təklifini rədd edib
Livan parlamentində Hizbullahın nümayəndəsi bildirib ki, Suriya prezidenti Səudiyyə Ərəbistanının Suriyanın Hizbullah və İran ilə əlaqələrini kəsəcəyi təqdirdə bu ölkənin bərpası xərclərini ödəyəcəyi barədə təklifini rədd edib.
İRİB-in verdiyi məlumata görə, Nuaf Əl-Musəvi deyib: Suriya prezidenti Bəşar Əsədin qarşı çıxdığı təklif Suriyanın Hizbullah və İran ilə öz əlaqələrini kəsəcəyi təqdirdə bu ölkənin bərpası üçün maliyyə mənbələrin təmin olunacağından ibarət idi.
Hizbullahın Livan parlamentindəki nümayəndəsi deyib: Bəşar əsəs müqavimət edir və müqavimətin kənarındadır.
Bu məlumata görə, 3 ay öncə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanın nümayəndəsi Suriya prezidenti Bəşar Əsədə təklif edib ki, İran və Hizbullah ilə əlaqələrini kəsəcəyi təqdirdə Suriyanın bərpası xərcləri ödəniləcək və həmçinin onun həyatda ikən prezidentlik vəzifəsində qalması təmin olunacaq və ondan siyasi islahatlar tələb olunmayacaq.
Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı və ABŞ-ın regionda balansı sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə himayə etdikləri terrorçu qrupların geniş hücumu ilə başlandı.