Suriya müharibəsində 86 terrorçu öldürülüb
-
Suriya müharibəsində 86 terrorçu öldürülüb
Rusiyanın Müdafiə Nazirliyi bu ölkənin Suriyadakı hərbi əməliyyatlarına dair hesabatda bildirib ki, Rusiyanın Suriyada anti-terror əməliyyatları nəticəsində 86 min terrorçu öldürülüb.
İRNA-nın verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi bir video yayaraq bu ölkənin Suriyadakı anti-terror əməliyyatlarını şərh edərək bildirib: 2015-ci il 30 sentyabrdan bəri Rusiyanın aeronavtika qüvvələri və dəniz donanmasının Suriyadakı anti-terror əməliyyatlarında 86 mindən çox terrorçu öldürülüb.
Bu məlumata görə, öldürülənlərdən 4 min 500 nəfəri Rusiya və digər MDB ölkələri vətəndaşı olub.
Rusiya MN-nin bildirdiyinə görə, Rusiyaın Suriyadakı anti-terror əməliyyatlarında 600-dən çox tank, 700 zirehli texnika və 9 min ağır texnika məhv edilib.
Rusiyanın hərbi qüvvələri həmçinin silah-sursat anbarları və təlim düşərgələri də daxil terrorçuların 120 mərkəzini dağıdıb.
Rusiyanın Müdafiə Nazirliyi yaydığı videoda xatırladıb ki, Suriyada anti-terror əməliyyatlarına 86 hərbi gəmi və 14 sualtı gəmi qatılıb və Suriya sahillərində 189 missiyanı yerinə yetiriblər.
2015-ci il sentyabrdan Suriyada anti-terror əməliyyatlarda fəaliyyət göstərən Rusiyanın hərbi qüvvələrinin böyük hissəsi ötən qışda Rusiya prezidenti Vladimir Putinin əmri ilə Suriya torpaqlarını tərk etdi.
Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı və ABŞ-ın regionda balansı sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə himayə etdikləri terrorçu qrupların geniş hücumu ilə başlandı.