Səud qırıcılarının Əlhudəydəyə qarşı hücumlarında indiyədək 31 nəfər dünyasını dəyişib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320687-səud_qırıcılarının_Əlhudəydəyə_qarşı_hücumlarında_indiyədək_31_nəfər_dünyasını_dəyişib
Yəmənin səhiyyə nazirliyi dünən gecə səud qırıcılarının Yəmənin Əlhudydə vilayətinin cənubunda yerləşən Əldərihmi bölgəsindəki Əlkui məntəqəsinə qarşı hücumunda ölənlərin sayının 31 nəfərə çatmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2018 05:33 Asia/Baku
  • Səud qırıcılarının Əlhudəydəyə qarşı hücumlarında indiyədək 31 nəfər dünyasını dəyişib

Yəmənin səhiyyə nazirliyi dünən gecə səud qırıcılarının Yəmənin Əlhudydə vilayətinin cənubunda yerləşən Əldərihmi bölgəsindəki Əlkui məntəqəsinə qarşı hücumunda ölənlərin sayının 31 nəfərə çatmasından xəbər verib.

Səudiyyənin təcavüzkar qırıcıları dünən gecə Əlkui məntəqəsində yəmənli didərginlərə aid iki ədəd avtomobili hədəfə alıblar.

Yəmənin səhiyyə nazirliyi bildirib ki, ölənlərin hamısı qadın və uşaqlardır.

Bundan öncə bu hücumun qurbanlarının sayı 26 nəfər elan olunmuşdu.

Həmin hücumda onlarla nəfər də yaralanıbdır.