Yəmən vətəndaşlarının qırğını beynəlxalq qanunların açıq şəkildə pozulması deməkdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320702-yəmən_vətəndaşlarının_qırğını_beynəlxalq_qanunların_açıq_şəkildə_pozulması_deməkdir
Ümumdünya Səhiyyə Təşkilatının Yəməndəki nümayəndəsi təcavüzkar səud koalisiyası tərəfindən Yəmən vətəndaşlarının Əddurəyhimidə qırğın edilmələrini beynəlxalq qanunların açıq şəkildə pozulması adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2018 12:53 Asia/Baku
  • Yəmən vətəndaşlarının qırğını beynəlxalq qanunların açıq şəkildə pozulması deməkdir

Ümumdünya Səhiyyə Təşkilatının Yəməndəki nümayəndəsi təcavüzkar səud koalisiyası tərəfindən Yəmən vətəndaşlarının Əddurəyhimidə qırğın edilmələrini beynəlxalq qanunların açıq şəkildə pozulması adlandırıb.

Təcavüzkar səud qırıcıları dünən Əddurəyhimidə yəmənli didərginlərə məxsus iki avtomobili hədəfə alıblar ki, nəticədə 31 uşaq və qadın həyatını itiribdir.

Ümumdünya Səhiyyə Təşkilatının Yəməndəki nümayəndəsi Nevio Zaqaria təcavüzkar səud koalisiyasının Yəmən vətəndaşlarına qarşı hücumundan təəssfüflənərək, vurğulayıb: Əddurəyhimidə yəmənli mülkilərin Səədə vilayətinin Zəhiyan şəhərindəki kimi qırğın edilmələri beynəlxalq humanist qaydalarının pozulması və silahlı qarşıdurma deməkdir.