Səudiyyə rejimi həccdən əldə etdiyi gəlirdən su-istifadə edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320740-səudiyyə_rejimi_həccdən_əldə_etdiyi_gəlirdən_su_istifadə_edir
Səudiyyə Ərəbistanı tərəfindən həccin idarə edilməsinə beynəlxalq nəzarət komitəsi bildirib ki, Səudiyyə rejimi həccdən əldə etdiyi gəlirlərdən su-istifadə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2018 06:05 Asia/Baku
  • Səudiyyə rejimi həccdən əldə etdiyi gəlirdən su-istifadə edir
    Səudiyyə rejimi həccdən əldə etdiyi gəlirdən su-istifadə edir

Səudiyyə Ərəbistanı tərəfindən həccin idarə edilməsinə beynəlxalq nəzarət komitəsi bildirib ki, Səudiyyə rejimi həccdən əldə etdiyi gəlirlərdən su-istifadə edir.

alharamain watch internet portalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının həcc mərasimini idarə etməsinə nəzarət üzrə beynəlxalq komitə bildirib ki, Səudiyyə başçıları ağır vergilərlə minlərlə hacının ilahi vacibi yerinə yetirmək üçün kredit almaq məcburiyyətində qoyurlar. 

Komitənin hesabatında deyilir: Ali-Səur rejimi həcc mərasiminə gəlir mənbəyi kimi baxır və hacıların ehtiyacları və islami irsin mühafizəsinə diqqət yetirmir. 

Komitə Səudiyyə rejiminin həccdən özünün iqtisadi məqsədləri istiqamətində faydalanmasına toxunaraq həccin idarə edilməsində və hərəməyni şərifəynə nəzarətdə müsəlman dövlətlərin təsisatlarının iştirakına təkid edib. 

Səudiyyə Ərəbistanının Yəmənə qarşı müharibədə xərclərinin artmasını nəzərə alaraq bu rejim həccə gəlir qaynaqlarını əvəz edən mənbə kimi baxır .

Hərəməyni Şərifeynə nəzarət heyəti də son vaxtlar bildirdi ki, Səudiyyə dövləti həccin keçirilməsində siyasi hərəkətərə yol verir və hacıların qanuni hüquqlarını pozur.