Qayıdış aksiyaları başlandığı gündən indiyədək 180 fələstinli şəhid edilib
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, cari il martın 30-dan qayıdış aksiyalarının başlandığı gündən indiyədək 180 fələstinli sionist hərbçilərin atəşi nəticəsində şəhid olub.
Fələstin İnformasiya Mərkəzinin Səhiyyə Nazirliyinə istinadlı məlumatına görə, Qayıdış haqqı yürüşlərinin başlandığı gündən 171 fələstinlinin cənazəsi müalicə mərkəzlərinə köçürülüb və onların arasında 27 uşaq, 3 qadın, 3 təcili tibbi yardım əməkdaşı və iki jurnalist də var.
Bundan əlavə başqa 9 fələstinlinin cənazəsi də sionist rejim tərəfindən zəbt edilib və ailələrinə təhvil verilmir. Beləliklə fələstinli şəhidlərin sayı 180 nəfər təşkil edir.
Fələstin Səhiyyə Nazirliyi bildirib: Qayıdış haqqı aksiyalarında 18 min 300 fələstinli də yaralanıb onlardan 423 nəfərinin durumunun ağır olduğu bildirilir.
Bu məlumata görə, aksiyalarda 380 yardımçı qüvvə də yaralanıb.
Qayıdış haqqı aksiyalarına cari il 30 martda start verilib. Aksiyada məqsəd fələstinli didəginlərin öz yürdlarına qayıtmaq hüququnu vurğulamaq, Qəzzə zolağına qarşı blokadanın ləğvinə çağırmaqdır. Aksiya Qəzzənin işğal olunmuş fələstin əraziləri ilə təmas xəttində keçirilir.