Rusiya Suriyaya qarşı kimyəvi plan barədə xəbərdarlıq edib
-
Rusiya Suriyaya qarşı kimyəvi plan barədə xəbərdarlıq edib
Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, ABŞ, Fransa və Britaniya Suriyaya qarşı kimyəvi plan və ardınca hərbi hücuma hazırlaşırlar.
Spotnik Rusiya MN-ə ixtinadla bildirib: Suriyada yerləşən silahlı qruplar Amerika, Fransa və Britaniyadan ibarət öz qərbli himayədarlarının hərbi müdaxiləsinə bəhanə təmin etmək məqsədi ilə, növbəti kimyəvi plana hazırlaşırlar.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, ən əsası Britaniya terrorçularla kimyəvi hücuma hazırlıq üzrə əməkdaşlıq edir.
Rusiya MN həmçinin USS Sullivan adlı amerikan hərbi gəminin Fars körfəzi sularına daxil olması barədə bildirib: Bu hərbi gəmi Qətərdə bir ədəd B1B qırıcı təyyarə yerləşdirib ki, Suriyaya hüvumda istifadə olunsun.
Amerika, Fransa və Britaniya 4 ay öncə də Dəməşqin Duma ərazisində şübhəli kimyəvi hadisədən sonra hadisədə Suriya ordusunun əlinin olmasıni iddia edərək Suriya ordusunun mövqelərinə raketlə hücum etdilər.