Əl-Əxbar: Suriya Hizbullahı qalmağa çağırıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320756-Əl_Əxbar_suriya_hizbullahı_qalmağa_çağırıb
Livanın Əl-Əxbar qəzeti Suriya dövlətinin Livan Hizbullahını müqavimət qüvvələrinin Suriyadakı fəaliyyətlərini davam etdirməyə çağırmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2018 12:10 Asia/Baku
  • Əl-Əxbar: Suriya Hizbullahı qalmağa çağırıb
    Əl-Əxbar: Suriya Hizbullahı qalmağa çağırıb

Livanın Əl-Əxbar qəzeti Suriya dövlətinin Livan Hizbullahını müqavimət qüvvələrinin Suriyadakı fəaliyyətlərini davam etdirməyə çağırmasından xəbər verib.

Əl-Əxbar qəzetinin yazdığına görə, Hizbullah Suriyanın şimal qərb və şimal şərq bölgələrində belə əməliyyatların sona çatmasından sonra da bu ölkədə fəaliyyətini davam etdirmək barədə rəsmi Dəməşqdən dəvət alıb. 

Bu qəzet yazıb: Müqavimət qüvvələri suriyalı rəhbərlərə yardım üçün didərginlərin Livandan qayıdışı ilə eyni zamanda sərhədlərdə vəziyyətin dahmana salınmasında iştirtak edəcəklər. 

Livan parlamentinin sədri Nəbih Beri də öncə Hizbullahın Suriyadan çıxarılması tələbini pisləmişdi və bildirmişdi ki, Suriyanın hazırkı durumunu nəzərə alaraq Livan müqavimət qüvvələrinin bu ölkədən çıxması məntiqli deyil.