Həmas-ın baş üzvü "Qayıdış haqqı" aksiyasının davamına təkid edib
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın baş üzvü vurğulayıb ki, əgər 2007-ci ildən başlanmış Qəzzənin zalımcasına mühasirəsi tam şəkildə aradan götürülməzsə, "Qayıdış haqqı" aksiyası davam edəcəkdir.
Həmas-ın baş üzvü İsmail Rizvan bu gün IRNA ilə müsahibədə deyib: Sionistlərin zorakılığının artması "Qayıdış haqqı" aksiyasının bitməsi ilə nəticələnə bilməz. Bu inqilabi hərəkət cari il martın 30-dan başlanıb və onun başlanmasından 22 həftə keçir.
Həmas-ın baş üzvü söyləyib: Fələstin müqaviməti öz xalqı, torpaqları və müqəddəslərini müdafiəyə sadiqdir və heç kəs fələstinliləri öz sabit və qanuni haqlarından əl çəkməyə məcbur edə bilməz.
Rizvan əlavə edib: Sionist rejimlə atəşkəs havayı olmayacaq. Qarşıda hər nə qədər problem olsa və bu yolda Həmas hər nə qədər qurbanlıq versə də bu atəşkəsin taleyi və gələcəyini sionist düşmənin təyin etməsinə yol verməyəcəkdir.
Həmas-ın baş üzvü deyib: İşğalçı düşmənlə atəşkəs, mühasirə aradan götürülmədən və bitmədən baş tutmayacaq.