66-dan çox səudiyyə hərbçisi və muzduru məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320912-66_dan_çox_səudiyyə_hərbçisi_və_muzduru_məhv_edilib
İnformasiya mənbələri Yəmən qüvvələrinin əməliyyatında 66 səudiyyə hərbçisi və muzdurunun məhv edilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2018 03:20 Asia/Baku
  • 66-dan çox səudiyyə hərbçisi və muzduru məhv edilib
    66-dan çox səudiyyə hərbçisi və muzduru məhv edilib

İnformasiya mənbələri Yəmən qüvvələrinin əməliyyatında 66 səudiyyə hərbçisi və muzdurunun məhv edilməsindən xəbər veriblər.

Livanın Əlməyadin telekanalının məlumatına görə, Yəmən ordusu və xalq komitələri dünən bu ölkənin qərb sahilində yerləşən Əlcəbəliyyə məntəqəsində qondarma və təcavüzkar səud koalisiyasının tabeliyində olan muzdurların toplaşdıqları məkanı atəşə tutublar. Nəticədə ondan çox muzdur məhv edilib.

Əlaləm telekanalı da bildiribdir ki, 56 nəfərdən çox səud muzduru, o sıradan altı səud hərbçisi ötən 72 saat ərzində yəmənli snayperlərin müxtəlif cəbhələrdəki əməliyyatlarında məhv edilibdir.

Yəmənin Əlməsirə telekanalı isə xəbər veribdir ki, Yəmən ordusu və xalq komitələri bu ölkənin şimalındakı Əlcuf əyalətinin Xub və Əlşəəf bölgəsində yerləşən Əlxəlifin cəbhəsində təcavüzkar səud koalisiyasının tabeliyində olan muzdurların bir qrupunu daşıyan bir ədəd avtomobili bomba ilə hədəfə alıblar. Nəticədə avtomobilin bütün sərnişinləri məhv edilib.

Ərəbistanın hərbi təcavüzü yoxsul Yəmən ölkəsini kəskin ərzaq və dərman çatışmazlığı ilə üzləşdiribdir.