Avq 27, 2018 08:36 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

Livan Hizbullahının baş katibi Hərməl-in təkfirçi terrorçuların işğalından azad edilməsinin ildönümü münasibətilə etdiyi çıxışında deyib: İŞİD terror qrupu üzərində qələbə və Livanın şərqində yerləşən bu şəhərin azad edilməsi ordu, xalq və müqavimətin qızıl birliyinin məhsuludur.

Dünən Livanın şərqində yerləşən Hərməl-in təkfirçi terrorçuların işğalından azad edilməsinin birinci ildönümü münasibətilə keçirilən mərasimin iştirakçıları qarşısında videokonfrans formasında çıxış edən Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah deyib: Müqavimət qüvvələri sürətlə təkfirçi və terroçu qruplarla mübarizə apardılar və ordu, xalq və müqavimətin birliyi ilə bu qələbələr əldə olundu.

Livan Hizbullahının baş katibi söyləyib: Sionist rejim ordusu özünün bir çox imkan və təchizatlarını modernləşdiribdir, lakin bu addımlar da sionist rejimi məğlubiyyətdən qurtara bilmədi.

Seyid Həsən Nəsrullah vurğulayıb: İŞİD qüvvələri Suriyadakı bir məntəqədə mühasirə olunan kimi amerikan vertolyotlar onları xilas etməyə gəlirlər və amerikalıların, onların İŞİD-in məğlubiyyətindəki rollarına dair sözləri yalandır, zira onlar İŞİD-in ömrünü uzatmağa çalışırlar.

Livan Hizbullahının baş katibi deyib: Amerika öz müttəfiqlərindən maksimum bəhrələnməyincə və nəzərdə tutduğu hədəflərinə çatmayınca mövcud problemdən qaçmaq və xilas olmaq üçün onlara heç bir fürsət verməyəcəkdir.

Seyid Həsən Nəsrullah vurğulayıb: Bu dünyada Amerika üçün heç bir müttəfiq mövcud deyildir. Amerikalılar hamı ilə bir alət kimi rəftar edirlər. Kürdlər də ehtiyatlı olmalıdırlar ki, Amerikanın fitnələrinə uymasınlar.

Teqlər