Suriya bir milyon didərginin geri dönməsi məsuliyyətini üzərinə götürür
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320989-suriya_bir_milyon_didərginin_geri_dönməsi_məsuliyyətini_üzərinə_götürür
Rusiyanın müdafiə naziri bildirib ki, Dəməşq bir milyon suriyalı didərginin geri dönməsi məsuliyyətini üzərinə götürməyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2018 14:40 Asia/Baku
  • Suriya bir milyon didərginin geri dönməsi məsuliyyətini üzərinə götürür

Rusiyanın müdafiə naziri bildirib ki, Dəməşq bir milyon suriyalı didərginin geri dönməsi məsuliyyətini üzərinə götürməyə hazırdır.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib: Suriyanın şəhər və kəndlərinin tədricən terror qruplarının işğalından azad edilməsinin başlandığı 2015-ci ildən bəri bir milyondan çox suriyalı didərgin öz evinə geri dönübdür.

Rusiyanın müdafiə naziri vurğulayıb ki, Suriyanın prezidenti Bəşşar Əsədin dövləti bir milyon suriyalı didərginin geri dönməsi məsuliyyətini qəbul edir.

İran və Rusiyanın Suriya ordusuna dəstək vermələri səbəb olub ki, bu ölkənin dövlət qüvvələri ABŞ-ın və regiondakı bəzi asılı rejimlərin hərtərəfli şəkildə dəstək verdikləri terrorçular üzərində qələbəyə nail olmuş olsun.