Bəşar Cəfəri: Suriyaya hücum dünya sülhü və təhlükəsizliyinə hücum deməkdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321073-bəşar_cəfəri_suriyaya_hücum_dünya_sülhü_və_təhlükəsizliyinə_hücum_deməkdir
Suriyanın BMT-dəki daimi nümayəndəsi dünən BMT Təhlükəsizlik Şurasının İdlib barədə keçirdiyi iclasında terrorçular və onların qərbli himayədarlarının Suriyada yeni "kimyəvi hücum" sennarisini icra etəyə hazırlaşdıqlarını bildirərək deyib: Suriyaya hərhansı hücum dünya sülhü və təhlükəsizliyinə hücumdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2018 04:07 Asia/Baku
  • Bəşar Cəfəri: Suriyaya hücum dünya sülhü və təhlükəsizliyinə hücum deməkdir
    Bəşar Cəfəri: Suriyaya hücum dünya sülhü və təhlükəsizliyinə hücum deməkdir

Suriyanın BMT-dəki daimi nümayəndəsi dünən BMT Təhlükəsizlik Şurasının İdlib barədə keçirdiyi iclasında terrorçular və onların qərbli himayədarlarının Suriyada yeni "kimyəvi hücum" sennarisini icra etəyə hazırlaşdıqlarını bildirərək deyib: Suriyaya hərhansı hücum dünya sülhü və təhlükəsizliyinə hücumdur.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəşar Cəfəri deyib: Terrorçu Cəbhətünnnüsrə qrupunun ünsürləri qərb ölkələri ilə koordinasi edərək son günlərdə İdlibə 8 Xlor qazı yükü gətiriblər və əhaliyə qarşı kimyəvi hücum planlaşdırırlar. 

Əl-Cəfəri deyib: Bu hücumda məqsəd rəsmi Dəməşqı kimyəvi silahlardan istifadədə ittiham etmək və Suriyaya hücum üçün qərb dövlətləri üçün bəhanə yaratmaqdır. 

Rusiya Müdafiə Nazirliyinin sözçüsü də şənbə günü bildirmişdi ki, Amerika, Britaniya və Fransa Dəməşqin kimyəvi silahlardan istifadə bəhanəsi ilə Suriyaya yeni hücuma hazırlaşırlar. 

İqor Konaşenkov bildirib ki, britaniyalı özəl bir şirkət terrorçulara  İdlibdə zəhərli maddələrdən istifadə edərək kimyəvi hücum tamaşası yaratmaları üçün təlimat keçib və bunula da Suriyaya hücum bəhanəsi yaratmaq istəyirlər. 

Amerika-Fransa-Britaniya şər üçbucağı keçmişdə də əsassız bəhanələrlə Dəməşqi kimyəvi silahdan istifadə etməkdə ittiham edərək Suriyaya hücum etmişdi. 

Bu şər üçbucağının Suriyaya hücumu şərqi Qutənin terrorçulardan tam azad edilməsi ilə eyni -zamana təsadüf etdi. 

Bir çox ekspertlərə görə Suriya hökumətini kimyəvi silahlardan istifadədə ittiham etmək, ümumi fikri yayındırmaq və Suriya ordusunun terrorçulara qarşı qələbələri ilə eyni zamanda reallıqları əksinə göstərmək məqsədini güdür. 

Amerika və onun müttəfiqləri Suriyada terrorçuların məğlubiyyətindən son dərəcə nigarandırlar. 

Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı, Amerika və onun müttəfiqləri olan Britaniya və Fransanın himayə etdikləri terrorçuların bu ölkəyə geniş hücumu ilə başladı. Məqsəd isə regionda balansı sionist rejimin xeyirinə dəyişməkdən ibarət idi.