Sionistlər tərəfindən fələstinlilərin həbsi davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321170-sionistlər_tərəfindən_fələstinlilərin_həbsi_davam_edir
Sionist rejim hərbçiləri qərb sahilninin müxtəlif məntəqələrinə hücum edərək, ittihamı bildirilmədən 16 fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2018 11:55 Asia/Baku
  • Sionistlər tərəfindən fələstinlilərin həbsi davam edir

Sionist rejim hərbçiləri qərb sahilninin müxtəlif məntəqələrinə hücum edərək, ittihamı bildirilmədən 16 fələstinlini həbs ediblər.

Sionist rejim hərbçilərinin fələstinlilərə hücumu ilə, onların bir qrupu, o sıradan bir azad olunmuş əsir həbs olunubdur.

Sionist rejim hərbçiləri hər gün müxtəlif bəhanələrlə fələstinlilərin qərb sahilindəki mənzillərinə basqın edirlər. Rəsmi statistikalara görə, 300-ü uşaq olmaqla 6500 fələstinli sionist rejim məhbəslərində saxlanılır.

Digər bir xəbərə görə, cari milad ilinin əvvəlindən bəri 28 mindən çox sionist hərbçi və sionist qəsəbə sakini Məsciduləqsa-ya qarşı təcavüzkar hərəkət törədib.

Sionistlərin Məsciduləqsa-ya qarşı gündəlik basqını bu müqəddəs məkanı Qüdsün islami və xristian mahiyyətini aradan götürmək və onu sionist simvolları ilə əvəz etmək üçün sionist hərbçilər və sionist qəsəbə sakinlərinin cövlangahına çeviribdir.