İraqın Əlfəth koalisiyasının sədri: Amerikanın İraqda oyuncaq dövləti iki aya devriləcək
-
İraqın Əlfəth koalisiyasının sədri: Amerikanın İraqda oyuncaq dövləti iki aya devriləcək
İraqın Əlfəth koalisiyasının sədri dünən ABŞ prezidentinin sözdə anti-İŞİD koalisiyasındakı nümayəndəsi Brett Mak Qurk ilə görüşdə deyib ki, Vaşinqtonun İraqın gələcək dövlətinin təşkilinə müdaxilə üzrə hər cür səyi iraqlıların kəskin reaksiyası ilə üzləşəcəkdir.
Hadi Əlamiri söyləyib: İraqlılar Amerikanın İraqda təşkil edəcəyi hər cür dövləti muzdur bilirlər və iki ay ərzində onu devirəcəklər.
İraqda parlament seçkilərinin keçirilməsindən bəri Brett Mak Qurk İraqın partiya sədrləri və siyasi rəhbərlərilə görüşüb, onlarla yeni dövlətin təşkili barədə məşvərət aparmaq üçün çox səy göstəribdir.
İraqdakı siyasi qruplar bildiriblər ki, Trampın nümayəndəsi təzyiq və təhdidlə İraqda Vaşinqtonla eyni istiqamətdə hərəkət edəcək bir dövlət yaratmağa çalışır.
Bu məsələ iraqlı şəxsiyyətlərin bir çoxunun etirazına səbəb olubdur.
Belə bir halda, İraq xalqından minlərlə nəfər çərşənbə günü Bağdadda etiraz aksiyası keçirərək, Amerikanın İraqın yeni dövlətinin təşkilinə qarışmasını pisləyibdir.