Avq 31, 2018 12:10 Asia/Baku
  • Dəməşq: Suriya dövləti İdlibdə terrorizmlə mübarizədə məsuliyyət daşıyır
    Dəməşq: Suriya dövləti İdlibdə terrorizmlə mübarizədə məsuliyyət daşıyır

Suriya xarici işlər nazirliy bildirib ki, bu ölkə dövləti daim öz müttəfiqlərinin mübarizə apardıqları terror qrupları, xüsusən İŞİD və Cibhətunnusrə ilə mübarizədə məsuliyyət daşıyır.

Suriya xarici işlər nazirliyi ABŞ, Fransa və İngiltərə daxil olmaqla Qərb mehvərinin Dəməşqə qarşı təhdidlərində məqsədi, terror qruplarını himayə adlandırıb və vurğulayıb ki, Suriyanın terrorizmlə mübarizədəki tapşırığı təhlükəsizlik şurası qətnamələrinin dəqiq və real icrası çərçivəsindədir.

Qərbin terrorçuları himayə və onların siyasi məğlubiyyətlərini ört-basdır etmək üzrə aşkar səylərinə toxunan Suriya xarici işlər nazirliyi bildirib: Bu ölkələr Suriyanın qanuni dövtlətinə zərbə vurmaq üçün 7 ildən çox terrorçulara bir neçə yüz milyard dollarlıq dəstək, həmçinin silah verərək, bu yolda bütün imkanlarını səfərbər ediblər.

Suriya xarici işlər nazirliyİ əlavə edib: Dövlət İdlibdə qalmış terrorçuları məhv etməklə iki milyondan çox suriyalı mülkini xilas etmək sahəsində məsuliyyət daşıyır.

Suriyanın İdlib vilayəti hələ də terror qruplarının işğalındadır və Suriya ordusu özünü bu məntəqəni İŞİD, Cibhətunnusrə və digər terror qruplarının ünsürlərindən təmizləməyə hazırlayır.

Suriya dövləti həmçinin terror qruplarının Qərb ölkələrinin dəstəkləri və xəbər çətiri ilə kimyəvi silahdan istifadə etmələrinə toxunaraq, bildirib: BMT katibliyi terrorçuların kimyəvi silahdan istifadə etmələrini dayandırmalı və bu ölkələrdən bəzilərinin beynəlxalq hüquq normaları və BMT nizamnaməsinə zidd olan Suriyaya hücum üzrə təhdidini pisləməlidir.

ABŞ, Fransa və İngiltərə avqustun 21-də bir bəyanatda Suriya dövlətini kimyəvi silahdan istifadə etməkdə ittiham etdilər.

Teqlər