Sen 01, 2018 09:46 Asia/Baku
  • İraq xalqı ABŞ-ın müdaxiləsinə qarşı aksiya keçirib
    İraq xalqı ABŞ-ın müdaxiləsinə qarşı aksiya keçirib

İraq xalqından minlərlə nəfər dünən cari həftədə ikinci dəfə ABŞ-ın İraqın yeni dövlətinin təşkili prosesinə müdaxiləsinə etiraz olaraq, Bağdadda aksiya keçirib.

İraqlı aksiyaçıların əllərindəki plakatlarda bunlar yazılıbmış: Amerikanın Bağdaddakı səfirliyi "terrorizm qaynağı"dır.

İraq xalqı çərşənbə günü də Bağdadda etiraz aksiyası keçirərək,  ABŞ-ın İraqın yeni dövlətinin təşkili prosesinə müdaxiləsini pisləyibdir.

İraqda parlament seçkilərindən bəri ABŞ prezidenti Donald Trampın sözdə beynəlxalq anti-İŞİD koalisiyasındakı xüsusi nümayəndəsi Brett Mak Qurk İraqda partiya sədrləri və siyasi liderlərlə görüşüb, onlarla İraqın yeni dövlətinin təşkili barədə məşvərət etmək üçün çox səylər göstəribdir.

İraqdakı siyasi qruplar bildiriblər ki, Trampın nümayəndəsi təzyiq və təhdidlə İraqda Vaşinqtonun sözünə baxan bir dövlətin yaradılmasına çalışır.

Bu məsələ İraq xalqı və şəxsiyyətlərinin etirazına səbəb olubdur.

İraqda Əlfəth seçki blokunun sədri cümə axşamı günü Brett Mak Qurk ilə görüşdə deyib ki, Vaşinqtonun İraqın gələcək dövlətinin təşkilinə qarışmaq üzrə hər cür cəhdi iraqlıların kəskin reaksiyası ilə üzləşəcəkdir.

Hadi Əlamiri deyib: İraqlılar Amerikanın İraqda təşkil edəcəyi hər cür dövləti muzdur bilir və iki ay ərzində o, devriləcəkdir.

Teqlər