Əl-Nəsr Əlfəyyazın İraq baş nazirliyinə namizədliyini təkzib edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321373-Əl_nəsr_Əlfəyyazın_İraq_baş_nazirliyinə_namizədliyini_təkzib_edib
İraqda Əl-Nəsr blokunun media ofisi bir bəyanatda bu blokun Həşduşşəbi-nin kənarlaşdırılmış sədri Falih Əlfəyyazın baş nazirliyə namizəd irəli sürülməsi təklifini təkzib edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2018 10:47 Asia/Baku
  • Əl-Nəsr Əlfəyyazın İraq baş nazirliyinə namizədliyini təkzib edib
    Əl-Nəsr Əlfəyyazın İraq baş nazirliyinə namizədliyini təkzib edib

İraqda Əl-Nəsr blokunun media ofisi bir bəyanatda bu blokun Həşduşşəbi-nin kənarlaşdırılmış sədri Falih Əlfəyyazın baş nazirliyə namizəd irəli sürülməsi təklifini təkzib edibdir.

Bundan öncə bildirilmişdi ki, Falih Əlfəyyazın İraqın baş nazirinin göstərişi ilə Həşduşşəbi-nin sədrliyindən kənarlaşdırılmasından sonra Əl-Nəsr bloku onu bu blokun İraqın baş naziri vəzifəsinə namizədi irəli sürübdür.

Heydər Əlibadi göstəriş verərək bildirmişdi: Falih Əlfəyyaz siyasi və partiya fəaliyyətinə daxil olduğuna və bu məsələnin təhlükəsizlik və kəşfiyyat məsulliyyətlərinin mahiyyəti ilə uyuşmadığına görə öz vəzifələrindən kənarlaşdırılıb.

Bu qərarın tənqidçiləri, o cümlədən Hadi Əlamirinin başçılıq etdiyi Əlfəth koalisiyası İraqın bu yüksək vəzifəli təhlükəsizlik rəsmisinin kənarlaşdırılmasını siyasi və ölkənin sabitliyi və təhlükəsizliyini xətərə salan amil adlandırıblar.