Suriyada ABŞ-İsrail silahları aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321449-suriyada_abŞ_İsrail_silahları_aşkar_edilib
Suriya ordusu dünən Suriyanın cənubunda Qüneytərə vilayətində Amerika və İsrailin istehsalı olan çoxlu miqdarda silah-sursat aşkar ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2018 04:26 Asia/Baku
  • Suriyada ABŞ-İsrail silahları aşkar edilib
    Suriyada ABŞ-İsrail silahları aşkar edilib

Suriya ordusu dünən Suriyanın cənubunda Qüneytərə vilayətində Amerika və İsrailin istehsalı olan çoxlu miqdarda silah-sursat aşkar ediblər.

İRNA-nın verdiyi məlumata görə, Suriya ordusu bildirib ki, Qüneytərə vilayətinin Cəbasəl-Xəşəb qəsəbəsində təmizləmə əməliyyatı apararkən bu silah-sursat aşkar olunub. 

Aşkar edilmiş silah-sursat İŞİD və Təhrirüşşam terror qruplarına aiddidr ki, bu ərazilər onların nəzarətində idi. 

Suriya ordusu son vaxtlar vilayəti terrorçulardan təmizləyib. 

Suriya ordusu keçmişdə də dəfələrlə İsrail və qərb dövlətlərinin istehsalı olan silah-sursat aşkar etmişdir. 

Suriyada böhran 2011-ci ildə Səudiyyyə Ərəbistanın, ABŞ və onun müttəfiqlərinin dəstəklədikləri terrorçu qrupların balansı sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə Suriyaya geniş hücumları ilə başlandı. 

Suriya ordusu İran İslam Respublikasının hərbi məsləhətləri və Rusiyanın himayəsi ilə İŞİD terror qrupunun bu ölkədəki fəaliyyətinə son qoya bilib. 

Digər terrorçu qruplar da məğlub edilməkdədirlər.