Dəməşqdə partlayış
-
Dəməşqdə partlayış
Bu gün səhər Suriya paytaxtı Dəməşq şəhərində bir neçə güclü partlayış baş verib.
Yerli qaynaqlar bildiriblər ki, Dəməşqin yaxınlığında Əl-Məzə hərbi aeroportunda bir neçə partlayış baş verib.
Russia Today telekanalı bildirib ki, partlayış nəticəsində Əl-Məzə aeroportu yanğına məruz qalıb .
Livanın ƏL-Məyadin telekanalı da özünün yerli mənbələrinə istinadlar bildirib ki, Əl-Məzə hava limanının sionist rejimin hərbi təyyarələri vurublar.
Suriyada bir hərbi qaynaq isə Əl-Əxbariyyə telekanalına verdiyi açıqlamada hücumun sionist rejimə aid olması iddiasını təkzib edib.
Həmin qaynaq xatırladıb ki, Əl-Məzə hərbi hava limanında baş verən partlayışlar silah anbarlarından birində elektrik xəttində qısa qapanmanın nəticəsi olub.
Sionist rejim indiyədək terrorçulara dəstək çərçivəsində Suriyada ordu və infrasturukturu dəfələrlə hədəfə alıb.
İsrail Suriyadakı terrorçuların məğlubiyyətindən son dərəcə nigarandır.