Yəmənlilər Səudiyyə PUA-sını məhv ediblər
Sen 02, 2018 04:59 Asia/Baku
-
Yəmənlilər Səudiyyə PUA-sını məhv ediblər
Yəmən ordusu və xalq komitələri dünən gecə Səudiyyə Ərəbistanının cənubunda Ceyzan bölgəsində bu ölkənin bir ədəd Pulotsuz Uçan Aparatını məhv ediblər.
İRNA-nın verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələri bildiriblər ki, bu PUA Ceyzanın Əddud hündürlüklərində hədəfə alınıb.
Yəmən ordusunun dəniz qoşunları da dünən Səudiyyə rejiminin bir ədəd hərbi qayığını hədəfə alıblar.
Yəmənin Səudiyyə rejimi tərəfindən hərtərəfli şəkildə mühasirəyə alınmasına rəğmən Yəmən ordusu və xalq komitələrinin müdafiə gücü gün-gündən artmaqdadır.