Yəməndə səudiyyəli muzdlular məhv edilib
-
Yəməndə səudiyyəli muzdlular məhv edilib
Yəmən ordusu bir bəyanatda bildirib ki, ötən ayda 674 səudiyyəli təcavüzkar məhv edilib yaxud yaralanıb.
Yəmənin SABA xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu bildirib ki, Avqust ayında 267 sədudiyyəli təcavüzkar öldürülüb, 407 muzdlu yaralanıb və 45 hərbi texnika məhv edilib.
Bu məlumata görə, yəmənli qüvvələrin muzdlulara qarşı əməliyyatları daha çox qərb sahilində, Əl-Bəyza vilayətində, Əccof vilayətində və Yəmənin Səudiyyə Ərəbistanı ilə həmsərhəd bölgələrində baş verib.
Ərəbistan əmirliklər, ABŞ və sionist rejimin, eləcə də bəzi digər müttəfiqlərinin himayələri ilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirə edibdir.
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə müharibəsi, 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.
Bu təcavüzlər nəticəsində Yəmən ərzaq malları və dərman çatışmazlığı ilə üz-üzədir və bu ölkədə müxtəlif xəstəliklər yayılıb.
Yəmən xalqının müqaviməti nəticəsində isə təcavcüzkarlar nəzərdə tutduqları məqsədlərə nail ola bilməyiblər.