Ərəb Liqası Amerikanın qərarını pislədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321475-Ərəb_liqası_amerikanın_qərarını_pislədi
Ərəb Liqası Amerikanın UNRWA-ya yardımını dayandırmaq qərarını pisləyib .
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2018 14:25 Asia/Baku
  • Ərəb Liqası Amerikanın qərarını pislədi
    Ərəb Liqası Amerikanın qərarını pislədi

Ərəb Liqası Amerikanın UNRWA-ya yardımını dayandırmaq qərarını pisləyib .

Sinxuanın verdiyi məlumata görə, Ərəb Liqasının baş katibi Əhməd Əbu-Qeyz bir bəyanatda Amerikanın UNRWA-ya qarşı qərarını pisləyərək deyib: Ağ ev məsuliyyət hissi keçirmir və insani dəyərlərdən qaçır. 

Əbu-Qeyz bildirib: Vaşinqton UNRWA-ya ehtiyaclı olan 5 milyon fələsitnliyə ziyan vurmaqda məsuliyyət daşıyır . 

Ərəb Liqasının baş katibi deyib: Amerikanın bu qərarı UNRWA-nın problemlərini artırır. 

ABŞ Dövlət Departamenti 31 avqustda bu ölkənin UNRWA-ya maliyyə yardımlarını dayandırmasından xəbər verdi. 

UNRWA fələstinli didərginlərin işlə təmin olunması və onlara yardımların edilməsi üçün yaradılmış qurumdur.