İşğal olunmuş Qüdsdə sionistlər üçün onlarla yeni yaşayış binası inşa olunur
İşğal olunmuş Qüdsdə sionist rejim meriyasının tabeliyində olan tənzim və tikinti üzrə yerli komitə Qüds şəhərinin şimalında yerləşən "Beyt Hənina" məhəlləsində 150 yaşayış binasının inşa layihəsini təqdim edib.
Bir sionist qəzet bu gün yazıb: Qüds şəhərinin şimalında yerləşən "Beyt Hənina" məhəlləsinin fələstinli sakinləri məhkəmə şikayəti əsasında bu torpaqlardan çıxarılıblar və ondan sonra sionist qəsəbə sakinləri bu məntəqədə məskunlaşacaqlar.
Sonist rejim meriyasının üzvü Əriyə Kinq deyib ki, sionist qəsəbə sakinləri sənəd saxtalaşdırmaqla fələstinli məntəqələrin mülklərini öz adlarına qeyd etdirir və onun sakinlərini çıxarırlar.
Sonist rejim meriyası bu məntəqələrin sahəsini on bir min kvadrat metr qeyd edibdir ki, qərar üzrə onda 7-12 mərtəbəli səkkiz göydələn inşa edilməlidir.