Sionist rejim Suriyaya təkrar təcavüzlərinə etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321756-sionist_rejim_suriyaya_təkrar_təcavüzlərinə_etiraf_edib
Sionist rejim ordusu dünən gecə bir hesabat yayaraq bildirib ki, son 18 ay ərzində Suriyada 200 dən çox hədəfi vurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2018 03:41 Asia/Baku
  • Sionist rejim Suriyaya təkrar təcavüzlərinə etiraf edib
    Sionist rejim Suriyaya təkrar təcavüzlərinə etiraf edib

Sionist rejim ordusu dünən gecə bir hesabat yayaraq bildirib ki, son 18 ay ərzində Suriyada 200 dən çox hədəfi vurub.

İRNA-nın verdiyi məlumata görə, sionist rejim ordusu bildirib ki, Suriyaya qarşı hücumlarında 800-dən çox raketdən istifadə edib. 

İsrail terrorçulara dəstək məqsədi ilə daima Suriya ordusunun mövqelərini hədəfə alır. 

Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və mütəffiqlərinin regionda balansı sionist rejimin xeyirinə dəyişməq məqsədi ilə dəstəklədikləri terrorçu qrupların geniş miqyaslı hücumu ilə başladı. 

Suriya ordusu son zamanlar İran İslam Respublikasının hərbi məsləhətləri və Rusiyanın dəstəyi ilə bu ölkədə İŞİD terror qrupunun fəaliyyətinə son qoydu. 

Digər terrorçu qruplar da məğlub edilməkdədirlər.

İsrail Suriyadakı terrorçuların məğlubiyyətindən son dərəcə nigarandır.