Sen 05, 2018 19:07 Asia/Baku
  • İraqlı nazir: Sanksiya səhv siyasətdir
    İraqlı nazir: Sanksiya səhv siyasətdir

İraqın daxili işlər naziri deyib: Ölkələrə qarşı sanksiya və iqtisadi təzyiqlər səhv və qəbulolunmaz siyasətdir və onun məğlubiyyətə uğrayacağı sübut olunmuşdur.

İRNA-nın verdiyi məlumata görə, Qasım Əl-Ərəci bu gün Bağdadda İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli ilə görüşündə sanksiya siyasətinin xalqların müqaviməti qarşısında məğlub olduğunu bildirərək deyib: Ölkələr bu mərhələləri arxada qoyublar və regionumuz sakitlik və stabilliyə çatacaq. 

İraqın daxili işlər naziri İran ilə İraq arasındakı əlaqələrin dərinləşməsinə təkid edərək deyib: Rəsmi Bağdad İmam Hüseyn(ə) ərbəinində zəvvarların təhlükəsizliyinin təmini üçün bütün gücünü səfərbər edəcək. 

 

Teqlər