Suriyada ABŞ və İsrail istehsalı olan silahların saxlanıldığı anbar aşkar edilib
Suriya ordusu ölkənin cənubunda, Qüneytərə vilayətində terrorçuların işğalından azad edilmiş ərazilərdə ABŞ və İsrail istehsalı olan külli miqdarda silah və tibb ləvazimatının saxlanıldığı bir anbar aşkar edib.
İRNA-nın məlumatına görə, Suriya ordusu Qüneytərənin Əl-Rafid və Bəriqə məntəqələrində ABŞ istehsalı olan "TOV" raketləri, İsrail istehsalı olan raket atan qurğular, snayper tüfəngləri və bir sıra digər hərbi sursat aşkar edib. "Ağ Dəbilqəlilər" adlanan qrupa məxsus silah və sursat habelə, tibb ləvazimatları arasında süni qan da olub.
Əl-Rafid və Bəriqə qəsəbələri İsrailin işğalı altında olan Cövlan yüksəkliklərinə yaxın ərazidə yerləşirlər.
Suriya ordusu hal-hazırda terrorçuların işğalından azad edilmiş əraziləri minalar, partlayıcı qurğular və partlayıcı tələlərdən təmizləməklə məşğuldur.