Yəmənli qüvvələr Ərəbistanın bir ədəd hərbi helikopterini vurub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321806-yəmənli_qüvvələr_Ərəbistanın_bir_ədəd_hərbi_helikopterini_vurub
Yəmən ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri Ərəbistanın başçılıq etdiyi koalisiyanın bir ədəd hərbi helikopterini Hüdəydə vilayətində vuraraq, yerə salıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2018 05:55 Asia/Baku
  • Yəmənli qüvvələr Ərəbistanın bir ədəd hərbi helikopterini vurub

Yəmən ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri Ərəbistanın başçılıq etdiyi koalisiyanın bir ədəd hərbi helikopterini Hüdəydə vilayətində vuraraq, yerə salıb.

Rusiya Əl-Yəum informasiya kanalının verdiyi məlumata görə, Yəmən ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri daha öncə də "Zilzal-1" ballistik raketi ilə Ərəbistanın cənubunda, Əsir vilayətində səudiyyəli qüvvələrin toplaşdığı məkanı hədəfə almışdı. 

Yəmən ordusunun raket bölməsi və xalq qüvvələri də ötən gecə Ərəbistanın Nəcran vilayətində yerləşən bir hərbi bazanı bir ədəd "Bədr1" raketi ilə hədəfə alıblar. Bu hücum zamanı 23 hərbçi yaralanıb. 

Digər tərəfdən minlələ yəmənli çərşənbə axşamı iqtisadi vəziyyətin ağırlaşmasına etiraz olaraq Həzərəməut vilayətinin mərkəziolan Əl-Mukəlla şəhərində Ərəbistan və istefada olan hökumət əleyhinə aksiya təşkil edib. Aksiya iştirakçıları Yəmənə təcavüz edən ölkə başçılarının fotoşəkillərini cırıblar. 

Bu məlumata görə, aksiya iştirakçıları Yəmənin istefada olan prezidenti Əbdürrəbbə Mənsur Hadi əleyhinə də şüarlar veriblər. 

Bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin xüsusilə Ədən və Həzərəməut vilayətlərində dəniz limanları və hava limanlarına nəzrəti ələ keçirməsi və Yəmənin neft vəqaz təsisatlarını işğal etməsi İstefada olan Yəmən hökumətinin başçıları ilə BƏƏ başçıları arasında çəkişmələrə səbəb olub. 

Ali-Səud rejimi 2015-ci ilin martında ABŞ-ın dəstəyi ilə bir sıra ərəb ölkəsi ilə birlikdə Yəmənə qarşı güniş hücumlara başladı. Ərəbistan bu hücumun Yəmənin istefada olan prezidenti Əbdürrəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq məqsədi daşıdığını iddia edir. Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı hücumları indiyə kimi on minlərlə günahsız insanın ölməsi və  yralanmasına, milyonlarla insanın didərgin düşməsinə səbəb olub.