Britaniyanın Suriyanı ittiham etmək cəhdi ifşa edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321813-britaniyanın_suriyanı_ittiham_etmək_cəhdi_ifşa_edildi
Amerikalı senator Britaniyanın xüsusi xidmət orqanlarının Suriyada kimyəvi hücum həyata keçirmək və bu işdə rəsmi Dəməşqi ittiham etmək kimi bir niyyətə malik olduqlarını ifşa edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2018 10:07 Asia/Baku
  • Britaniyanın Suriyanı ittiham etmək cəhdi ifşa edildi

Amerikalı senator Britaniyanın xüsusi xidmət orqanlarının Suriyada kimyəvi hücum həyata keçirmək və bu işdə rəsmi Dəməşqi ittiham etmək kimi bir niyyətə malik olduqlarını ifşa edib.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, amerikalı respublikaçı senator Riçard Blək Britaniyanın xüsusi xidmət orqanlarının Suriyanın İdlib şəhərinə qarşı kimyəvi hücum təşkil etmək niyyətində olduqlarına dair məlumatların daxil olmasından xəbər verib.

Riçard Blək həmçinin deyib: Britaniyanın xüsusi xidmət orqanları bu ssenarini həyata keçirdikdən sonra Suriya hökumətini ittiham etməyi planlaşdırırlar.

Bu amerikalı senator daha sonra deyib: daha öncə də belə bir ssenarinin şahidi olduğumuz üçün, kimyəvi hücumun Suriya hökuməti tərəfindən törədilməsinə heç bir vəchlə inanmayacağıq.

Respublikaçı senator həmçinin, ABŞ-ın müdaxilələrini Suriyada böhran amili adlandırıb.

Rusiyanın müdafiə naziri bundan öncə ABŞ, Britaniya və Fransanın Suriyanın İdlib şəhərinə qarşı terrorçulardan istifadə edərək, kimyəvi hücum həyata keçirmək kimi bir plana malik olduqlarını bildirmişdi. Bu hücumda məqsəd Suriya hökumətini ittiham etmək və bu ölkəyə hərbi müdaxiləyə zəmin yaratmaqdır.