Ərəbistan Yəməndəki cinayətlərini ört-basdır etməyə çalışır
Ərəbistanın Yəməndə məktəbli uşaqları daşıan avtobusu hədəfə alaraq, onlarla uşağı qətlə yetirməsi barədə araşdırma aparan komitə öz hesabatında bu hadisənin bir cinayət olduğunu etiraf etsə də, cinayətin səhvə törədildiyini iddia etməklə Ali-Səud rejiminin cinayətini ört-basdır etməyə çalışıb. İnsan Haqlarına Nəzarət Təşkilatı isə bu hadisəni aşkar müharibə cinayəti adlandırıb.
Ərəbistanın tabeliyində olan Yəmən olaylarının dəyərləndirilməsi komitəsinin Yəmənin Zəhyan vilayətində məktəbliləri daşıyan avtobusun səhvən hədəfə alındığını iddia etməsinin ardınca, BMT-nin insan haqlarınə nəzarət komitəsi bu cinayəti tam bir müharibə cinayəti adlandırıb.
“Ərəbistanın Yəməndəki cinayətlərinin iri miqyaslı olmasını nəzərə alaraq, artıq beynəlxalq təşkilatlar da bu cinayətləri etiraf etməyə məcbur olublar.”
“18 aylıq olan bu uşağın günahı nədir ki, onu qətlə yetiriblər?Nə Allah, nə də rəsulu bu işdən razı deyil.”
Ərəbistanın Yəmənli məktəbliləri daşıyan avtobusu səhvən hədəfə aldığını iddia etməsinə baxmayaraq, bu Ali-Səudun Yəməndə uşaqlara qarşı ilk cinayəti sayılmır. Həccə və Zəmar vilayətlərində çoxlu sayda uşaq və günahsız insanın ölməsinə səbəb olan toy və yas mərasimlərinin bombardman edilməsi buna aşkar nümunədir. Təcavüzkarlar davamlı olaraq öz cinayətlərini inkar etməyə çalışırlar. Beynəlxalq təşkilatlar isə bu cinayətlərə göz yumurlar.
“Günahsız insanların qanlarını axıdanlar bir gün buna görə cavab verməli olacaqlar. Və o gün yaxındır. O gün İlahi ədalət icra olunacaq.”
İnsan Haqlarına Nəzarət Təşkilatının hesabatına əsasən Ərəbistan və başçılıq etdiyi koalisiya dəfələrlə Yəməndə uşaqları və günahsız insanları hədəfə alıblar. Amma, heç vaxt bu cinayətlər barədə araşdırmalar aparılmayıb. Buna görə də Ərəbistana silah satmaqla bu cinayətlərin başlıca şəriki olan ölkələr də cəzasız qalıblar.