Ərəbistanın Cizan aeroportu vurulub
-
Ərəbistanın Cizan aeroportu vurulub
Yəmən ordusu və xalq komitələrinin raket bölməsi dünən gecə Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cizan hava limanını hədəfə alıb.
Əl-Aləmin verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələrinin raket bölməsi bildirib ki, 2 ədəd Bədr-1 raketi iki Cizan aeroportunu hədəfə alıb.
Bu hücumun ehtimal olunan tələfatı barədə məlumat yoxdur.
Yəmən ordusu və xalq komitələrinin raket bölməsi çəeşənvə axşamı da Cizanda Səudiyyə Ərəbistanının milli neft şirkəti ARAMKO-nun neftayırma zavodunu və neft-kimiya zavodunu 4 ədəd bədr-r raketi ilə hədəfə almışdı və böyük maddi ziyan və insan tələfatı törətmişdi.
Yəmən ordusunun sözçüsü Şərəf Loqman bildirib ki, Yəmənə qarşı təcavüz və bu ölkənin mühasirəsi davam edincə təcavüzkarları hədəfə almaqda davam edəcək.
Ali-Səud rejimi 2015-ci ilin martında ABŞ-ın dəstəyi ilə bir sıra ərəb ölkəsi ilə birlikdə Yəmənə qarşı güniş hücumlara başladı. Ərəbistan bu hücumun Yəmənin istefada olan prezidenti Əbdürrəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq məqsədi daşıdığını iddia edir. Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı hücumları indiyə kimi on minlərlə günahsız insanın ölməsi və yralanmasına, milyonlarla insanın didərgin düşməsinə səbəb olub.