Sen 07, 2018 08:31 Asia/Baku
  • Trablos hava limanı fəaliyyətini bərpa edib
    Trablos hava limanı fəaliyyətini bərpa edib

Liviya Milli Birlik Hökumətinin nəqliyyat naziri deyib: Trablosun Mitiqa beynəlxalq hava limanı dünəndən etibarən öz fəaliyyətini bərpa edib.

İRİB-in verdiyi məlumata görə, Məitiqə hava limanı 31 avqustda toqquşmalar geniş vüsət aldıqda fəaliyyətini dayandırmışdı. 

Aeroportun yenidən fəaliyyətə başlaması BMT-nin nəzarəti altında şəhərdə toqquşan tərəflər arasında razılaşmanın imzalanmasından sonra mümkün olmuşdur. 

BMT-nin heyəti 4 sentyabrda bildirib ki, bu təşkilatın Liviya məsələləri üzrə nümayəndəsi Qəssan Səlamə Əzzaviyə şəhərində Trablosda toqquşan tərəflərin iştirakı ilə iclaslar təşkil etdi və bu iclaslarda atəşkəs barədə razılıq əldə olundu. 

Liviyanın paytaxtı Trablos 26 avqustdan 4 sentyabradək silahlı qruplar arasında toqquşmalar səhnəsi olmuşdur. 

Bu toqquşmalrda 61 adam ölüb , 159 nəfər yaralanıb. 

2011-ci il inqilabından bəri Liviya ABŞ və bəzi Avropa ölkələri eləcə də region dövlətlərinin müdaxilələri nəticəsində zorakılıq və siyasi destabilliyə düçar olub. 

Teqlər