Əfqanıstanda seçki saxtakarlığı
Sen 07, 2018 13:51 Asia/Baku
-
Əfqanıstanda seçki saxtakarlığı
Əfqanıstan Seçki Komissiyası on minlərlə saxta şəxsiyyət vəsiqəsinin batil edilməsindən xəbər verib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Əfqanıstan Seçki Komissiyasının sözçüsü Seyid Həfizullah Haşimi dünən Kabildə müxbirlərə deyib: Komissiyanın mərkəzi informasiya bankından 90 mindən çox saxta şəxsiyyət vəsiqəsi çıxarılıb.
Seçki Komissiyası səs verənlərin qeydiyyatı prossesindəki şəxslərin 9 milyon nəfər olduğunu bildirib amma siyasi partiyalara görə, bu prossesdə sadəcə 4 milyon əhali qeydiyyatdan keçib.
Son günlər Əfqanıstanda siyasi partiyalar on minlərlə saxta şəxsiyyət vəsiqəsini ifşa edərək hökuməti və seçki komissiyasını bu ölkədəki parlament seçkilərini istədikləri nəticəyə yönəltməkdə ittiham ediblər.