İraqın Xarici İşlər Nazirliyi Bəsrədə İran konsulluğunun yandırılmasını qınayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322071-İraqın_xarici_İşlər_nazirliyi_bəsrədə_İran_konsulluğunun_yandırılmasını_qınayıb
İraqın Xarici İşlər Nazirliyinin sözçüsü cümə günü axşam bir bəyanat yayaraq, Bəsrə şəhərində İran konsulluğunun yandırılmasını qınayaraq, baş vermiş hadisədən təəssüfləndiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2018 06:30 Asia/Baku
  • İraqın Xarici İşlər Nazirliyi Bəsrədə İran konsulluğunun yandırılmasını qınayıb

İraqın Xarici İşlər Nazirliyinin sözçüsü cümə günü axşam bir bəyanat yayaraq, Bəsrə şəhərində İran konsulluğunun yandırılmasını qınayaraq, baş vermiş hadisədən təəssüfləndiyini bildirib.

İRİB-nin verdiyi məlumata görə, Əhməd Məhcub bu hərəkətin xarici nümayəndəliklərə ev sahibliyi mədəniyyətinə sığmadığını deyərək, diplomatik korpuslara hücumun edilməsini İraqın maraqlarına və dünya ölkələri ilə münasibətlərinə zərbə vurduğunu bildirib. 

Cümə günü Bəsrədə sosial problemlərə etiraz məqsədilə keçirilən yürüş zamanı İran İslam Respublikasının Bəsrədəki konsulluğu hücuma məruz qalıb. İğtişaşçılar İran konsulluğunu yandırıblar. 

İraqın Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin, İranın mərkəzi hökuməti və Bəsrənin yerli rəsmilərindən diplomatik korpusların təhlükəsizliyinin artırılmasını istəyib. 

Bəsrədə etiraz aksiyalarının təşkilatçıları da bir bəyanat yayaraq, iğtişaşçıların haqlı istəklərindən kənar məsələlərə yayınmalarını tənqid ediblər. 

Etiraz aksiyalarının təşkilatçıları həmçinin, iğtişaşçıların buraxılmış Bəəs Partiyası və İŞİD terror qruplaşması ilə əlaqəyə malik olduqlarını bildiriblər. 

Bəsrədə etiraz aksiyalarını təşkil edənlər öz bəyanatlarında həmçinin, təxribatçıların kimliyinin müəyyən edilməsi məqsədilə təhlükəsizlik qüvvələrinə lazımi araşdırmaların aparılmasına imkan yaratmaq istiqamətində şənbə günü Bəsrə sakinləri tərəfindən haqlı və qanuni tələblərini irəli sürmək üçün hansısa aksiyanın keçirilməyəcəyini elan ediblər.

İraqın xarici işlər naziri İbrahim Cəfəri də şənbə günü səhər bir bəyanat yayaraq, Bəsrə şəhərində İran konsulluğuna edilən hücumu qınayıb və deyib: Bu kimi hərəkətlər İraqın düşmənlərinə yaranmış vəziyyətdən sui-istifadə etmək fürsəti yaradır.