Sen 08, 2018 22:06 Asia/Baku
  • Müqtəda Sədr Bəsrə əhalisindən etiraz aksiyalarını dayandırmalarını istədi

İraqın Sədr cərəyanının rəhbəri olan Müqtəda Sədr bir bəyanat yayaraq, Bəsrə sakinlərindən cari milad ayının sonuna kimi etiraz aksiyalarını dayandırmalarını istəyərək, böhranın həll edilməsi üçün 7 şərt və 45 günlük möhlət təyin edib.

İSNA-nın məlumatına görə, Müqtəda Sədr öz bəyanatında bildirib: Əgər parlament üzvləri bu günkü fövqəladə iclasda Bəsrə böhranı ilə bağlı ciddi və yararlı bir həll yolu əldə edərlərsə, sosial xidmətlərlə bağlı təcili işlərin görülməsi üçün şəffaf komitələr təşkil edilməlidir. 

İraq parlamenti bu gün Bəsrə olaylarını araşdırmaq üçün fövqəladə iclas təşkil edib. 

Bəsrə ötən həftələr ərzində işsizlik, sosial problemlər və ictimai məsələlərlə əlaqədar etirazların şahidi olub. 

İndiyə kimi Bəsrə aksiyalarında 10 nəfər həlak olub, 100 nəfər isə yaralanıb. 

Teqlər