Yəmən Ənsarullah Hərəkatı: Yəməndə iranlı qüvvə yoxdur
-
Yəmən Ənsarullah Hərəkatı: Yəməndə iranlı qüvvə yoxdur
Yəmənin Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü dünən Səudiyyə koalissiyasının Yəməndə iranlı qüvvələrin fəaliyyəti barədəki iddiasını əsassız adlandırıb.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Əl-Bəxiti Livanın Əl-Məyadin telekanalına verdiyi açıqlamada deyib: Təcavüzkar Səudiyyə koalissiyası tərəfindən Yəməndə iranlı qüvvələrin fəaliyyəti barədə ortaya atılan ittihamlar doğru deyil.
Təcavüzkar Səudiyyə koalissiyası Yəmənə hücuma keçdiyi ilk gündən dəfələrlə İran İslam Respublikasını yəmənli qüvvələrə silah və raket verməkdə ittiham edib, bu ittiham dəfələrlə yəmənli rəsmilər tərəfindən rədd edilib.
Yəmənli rəsmilər daima bu ölkə ordusunun gücünün yerli qaynaqlara sövkəndiyini və blokadalara baxmayaraq gün-gündən artdığını bildiriblər.
Həmd Əl-Bəxiti həmçinin təcavüzkarların Cenevrə müzakirələrini başlamazdan öncə məğlubiyyətə uğratmaq cəhdlərinə toxunaraq deyib: Təcavüzkarlar Yəmən böhranının həllini istəmirlər.
Səudiyyə təcavüzkarları koalissiyası ötən həftə Yəmən Ənsarullahının heyətinin Səna hava limanı vasitəsi ilə Cenevrədə keçirilməli olan Yəmən sülh müzakirələrinə qatılmasına imkan vermədi. Buna görə də sözü gedən müzakirələr təxirə salındı.