Sen 09, 2018 21:32 Asia/Baku
  • İraq rəsmiləri Bəsrədə İran konsulluğuna hücumu qınayıblar
    İraq rəsmiləri Bəsrədə İran konsulluğuna hücumu qınayıblar

İraqın Bəsrə şəhərində İran konsulluğuna edilən hücumun ardınca İraq rəsmiləri bu vandallığı kəskin formada qınayaraq, təxribatçıların kimliyinin müəyyən edilməsi və cəzalandırılmasına təkid ediblər. Bu arada Bəsrə olaylarının arxasında ABŞ konsulluğunun durmasına dair faktların olduğu bildirilir.

İraqın xarici işlər naziri İbrahim Cəfəri İran xalqına xitabən Bəsrədə İran konsulluğuna hücumu təşkil edənlərin məqsədini iki dost ölkə xalqı arasında nifaq törətmək adlandırıb.

 

İbrahim Cəfəri: “İran xalqına deyirəm, siz daim hörmətə layiq xalq olmuşsunuz və İraq xalqı da sizə hörmət edir. Tam əminliklə bildirirəm ki, Bəsrədə baş verənlər İraq xalqı və dövləti, hətta, aksiya iştirakçılarının belə istədiyi bir şey olmayıb. Naməlumt dairələr tərəfindən idarə olunan bir qrup təxribatçı bu kimi hərəkətlə həm İraqın simasını ləkələmək, həm də İran ilə əlaqələrimizi korlamaq istəyirlər. Biz onların kimliyini müəyyən edərək, məsuliyyətə cəlb etməyə çalışırıq.”

 

Belə bir şəraitdə ittiham barmağı ABŞ-ın Bəsrədəki baş konsulluğuna yönəlib. İraqın könüllü xalq qüvvələri Həşdüşşəbinin komandanı Bağdadda kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə ABŞ konsulluğunun son Bəsrə olaylarına müdaxiləsi ilə bağlı faktları yaxın günlərdə ictimailəşdirəcəyini deyib: “ABŞ konsulluğunun amillərinin fəaliyyətləri ilə bağlı dəqiq faktlarımız var. Bəsrədə vəziyyəti qarışdıran amillərin də məhz onlar olduğundan əminik. Onlar Bəsrə əhalisi ilə müqavimət qüvvələri arasında fitnə törətməyə çalışırlar.”

 

Bu arada İraq qəbilələri də ABŞ-ın İran və İraq arasında fitnə salmaq planını kəskin formada qınayıblar: “İraq qəbilələrinin mərkəzi qərargahı Bəsrədə İran konsulluğuna və Həşdüşşəbiyə bağlı binalara edilən hücumları qətiyyətlə qınayır və İran-İraq xalqları arasındakı dostluq münasibətlərini korlamağa çalışanların kimliyinin müəyyən edilməsi və cəzalandırılmasını dəstəkləyir.”

 

İraqın Sədr cərəyanı rəhbəri Müqtəda Sədr də İraq hökumətindən İraqın simasını ləkələmək və İran-İraq münasibətlərinə zərbə vurmaq istəyən təxribatçıların kimliyini müəyyən edərək, cəzalandırmasını istəyib.

Teqlər