Suriya ordusu terrorçulara qarşı əməliyyat aparıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322539-suriya_ordusu_terrorçulara_qarşı_əməliyyat_aparıb
Bu gün səhər KİV-lər bildiriblər ki, Suriya ordusu ölkənin cənub şərqində Əl-Tənf bölgəsində terrorçu qrupların işğalında olan ərazilərin təmizlənilməsi üçün yeni əməliyyata start verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2018 07:33 Asia/Baku
  • Suriya ordusu terrorçulara qarşı əməliyyat aparıb
    Suriya ordusu terrorçulara qarşı əməliyyat aparıb

Bu gün səhər KİV-lər bildiriblər ki, Suriya ordusu ölkənin cənub şərqində Əl-Tənf bölgəsində terrorçu qrupların işğalında olan ərazilərin təmizlənilməsi üçün yeni əməliyyata start verib.

Əl-Tənf bölgəsi Suriya, İordaniya və İraq sərhəd üç bucağında yerləşir və Amerika hərbçiləri qeyri-qanuni şəkildə bu ərazidə yerləşirlər. 

Suriyanın Əl-Vətən qəzetinin verdiyi məlumata görə, Suriya ordusu qüvvələri Humsun şərq ətrafında Əssəxnə bölgəsindən başladıqları hərbi əməliyyatı şimal qərbə, Əl-Tənfə doğru davam etdirirb və 30 km irəliləyiblər. Bu əməliyyatda məqsəd bölgəni Səvida səhrasından qaçıb buraya toplaşmış terrorçulardan təmizləməkdir. 

CNN telekanalı öncə bildirmişdi ki, Rusiya Vaşinqtona Amerikan hərbçilərin yerləşdikləri bölgələrə hücum hazırlığı barədə xəbərdarlıq etmişdir. 

ABŞ ordusu Əl-Tənf bazasındakı öz hərbçilərinin təhlükəsizliyindən nigarandır və ötən cümə həmin bölgədə "İŞİD-ə qarşı koalissiya" qüvvələrinin hərbi təlimlər keçirməsindən xəbər verdi.