İraqda partlayış
Sen 12, 2018 12:17 Asia/Baku
-
İraqda partlayış
Bağdadın şimal qərbində Tikritin şimalında içərisinə bomba yerləşdirilmiş avtomobilin partladılması nəticəsində onlarla mülki ölüb və yaralanıb.
İRİB-in verdiyi məlumata görə, İraqın Səhiyyə Nazirliyiyinin sözçüsü Seyf Əl-Bədr Suməriyyə Nyus telekanalına verdiyi açıqlamada deyib: Tikritin şimalında Əl-Hüccac rayonunda törədilən bu partlayışda 5 mülki ölüb və 37 nəfər yaralanıb.
İraqın təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və yaralılar xəstəxanaya köçürülüblər.
Digər tərəfdən İraqda bir təhlükəsizlik qaynağı bildirib ki, İraqın şimalında Kenitre kəndində yol kənarı bombanın partlaması bir mülkinin ölümü və 2 nəfərin də yaralanması ilə nəticələnib.