Bəsrədə İranın yeni konsulluğu istifadəyə verilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322640-bəsrədə_İranın_yeni_konsulluğu_istifadəyə_verilib
İran İslam Respublikasının İraqdakı səfiri İrəc Məscidinin iştirakı ilə İranın Bəsrədəki konsulluğunun yeni binasının açılışı olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2018 15:54 Asia/Baku
  • Bəsrədə İranın yeni konsulluğu istifadəyə verilib
    Bəsrədə İranın yeni konsulluğu istifadəyə verilib

İran İslam Respublikasının İraqdakı səfiri İrəc Məscidinin iştirakı ilə İranın Bəsrədəki konsulluğunun yeni binasının açılışı olub.

İRNA-nın verdiyi məlumata görə, Dünən Bəsrəyə səfər etmiş İİR-nin Bağdaddakı səfiri bir mərasim çərçivəsində bəsrədə konsulluğun yeni binası üzərində İran İslam Respublikasının bayrağını ucaltmaqla binanı açıb. 

İrəc Məscidi yerli rəsmilər və jurnalistlərin də iştirak ediyi bu mərasimdə etdiyi çıxışında ötən cümə günü bir qrup aldanmış adamın İranın Bəsrədəki konsulluğuna hücumunu İran və İraq xalqlarının düşmənlərinin iki ölkə əlaqələrində təxribat törətmək məqsədli hərəkət adlandırıb. 

Bəsrə valisi Əsəd Əl-Eydani də bu mərasimdə etdiyi çıxışında İranın Bəsrədəki konsulluğunun dərhal açılmasını iki ölkə arasındakı əlaqələrin möhkəmliyinin göstəricisi adlandırıb və deyib: Yerli hökumət İranla əlaqələri gücləndirməyi düşünür.