Əfqanıstan parlament seçkilərində 2 milyon saxta seçici ləğv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322641-Əfqanıstan_parlament_seçkilərində_2_milyon_saxta_seçici_ləğv_edilib
Əfqanıstan seçki komissiyası parlament seçkilərində 2 milyon saxta seçicinin ləğv edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2018 15:54 Asia/Baku
  • Əfqanıstan parlament seçkilərində 2 milyon saxta seçici ləğv edilib
    Əfqanıstan parlament seçkilərində 2 milyon saxta seçici ləğv edilib

Əfqanıstan seçki komissiyası parlament seçkilərində 2 milyon saxta seçicinin ləğv edilməsindən xəbər verib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Əfqanıstan seçki komissiyasının sözçüsü seyid Həfizüllah Haşimi Kabildə keçirdiyi mətbuat konfransında deyib: Qeydiyyat prossesində iştirak edənlərin sayı 9 milyondan 7 milyon 300 min nəfərə enə bilər. 

Seçki komissiyası öncə bildirmişdi ki, səs vermək üçün qeydiyyatdan keçənlərin sayı 9 milyon nəfərdən çoxdur. amma siyasi partiyalar bu rəqəmin 4 milyon olduğu qənaətindədirlər və qalanlarının saxta olduğunu bildirirlər. 

Siyasi partiyalar həmçinin hökumət tərəfdarları tərəfindən istifadə olunmuş yüz  minlərlə saxta şəxsiyyət vəsiqəsindən xəbər veriblər. 

Əfqanıstanda parlament seçkiləri oktyabrın 20-də keçiriləcək.