Səudiyyə koalisiyasının növbəti cinayəti; 15 yəmənli qırğın edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322652-səudiyyə_koalisiyasının_növbəti_cinayəti_15_yəmənli_qırğın_edildi
Ərəbistan qırıcılarının Yəmənin Əl-Hudəydə vilayətinə olan hücumlarında 15 yəmənli ölüb, 20 nəfər yaralanıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 13, 2018 09:55 Asia/Baku
  • Səudiyyə koalisiyasının növbəti cinayəti; 15 yəmənli qırğın edildi

Ərəbistan qırıcılarının Yəmənin Əl-Hudəydə vilayətinə olan hücumlarında 15 yəmənli ölüb, 20 nəfər yaralanıb.

Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcıları çərşənbə günü gecə  Fərzə Səna və Kəşuy məntəqələrini bombalayaraq, növbəti dəfə olaraq cinayət törədiblər.

Yəmənin Müdafiə Nazirliyi isə bildirib: Yəmən ordusu və xalq komitələri Səudiyyə muzdlularının Əl-Hudəydə hava limanının şimal-şərqində yerləşən kəndlərə qarşı geniş hücumunu önləyərək, təcavüzkarları geri oturdublar.