İdlibdə kimyəvi silahdan istifadə görüntüsünə dair 9 film hazırlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322656-İdlibdə_kimyəvi_silahdan_istifadə_görüntüsünə_dair_9_film_hazırlanıb
Rusiya dövləti "Ağ dəbilqəlilər" qrupunun ABŞ və Qərb medialarının köməyi ilə Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadəyə dair 9 qısa metrajlı film hazırladıqlarını ifşa edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2018 13:13 Asia/Baku
  • İdlibdə kimyəvi silahdan istifadə görüntüsünə dair 9 film hazırlanıb

Rusiya dövləti "Ağ dəbilqəlilər" qrupunun ABŞ və Qərb medialarının köməyi ilə Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadəyə dair 9 qısa metrajlı film hazırladıqlarını ifşa edib.

İRNA-nın məlumatına görə Rusiyanın Müdafiə Nazirliynin nəzdində fəaliyyət göstərən Suriyadakı münaqişə tərəfləri arasında barışıq mərkəzi bildirib: Bu filmlərin bir neçəsi sifarişçilərin istəyi əsasında BMT-yə və Kimyəvi Silahlara Qadağa Təşkilatına göndəriləcək. Qalanları isə televiziya kanalları və sosial şəbəkələrdə yayımlanacaq. 

Bu məlumata görə, İdlibdə kimyəvi silahdan istifadəyə dair saxta filmlərdən birində 22 uşaq valdeynləri ilə birlikdə habelə, qaçqınlar düşərgəsindən oğurlanmış bir qrup yetim uşaq iştirak edir. Birinci dəstədə yer alanlar kimyəvi hücum zamanı yaralananlar və xəsarət alanların, ikinci qrup isə ölənlərin rolunu oynayıblar. 

Bu hesabata əsasən, Ən-Nüsrə Cəbhəsi terrorçuları da "xlor qazı"ndan istifadə edərək, kimyəvi hücum həyata keçirməyi plalaşdırırlar. 

Rusiya hökuməti iki həftə öncə bir bəyanat yayaraq, terrorçular və onların qərbli və ərəb himayədarlarının Suriyanın İdlib vilayətində kimyəvi hücum səhnəsi yaratmaq kimi bir niyyətə malik olduqlarından xəbər verib. 

Qərb ölkələri dəfələrlə Suriyada kimyəvi silahdan istifadə bəhanəsi ilə Suriya ordusu və dövlət qüvvələrini hədəfə alıb.