Yəməndə savaş; Hüdəydə hava limanı uğrunda ağır döyüşlər gedir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322736-yəməndə_savaş_hüdəydə_hava_limanı_uğrunda_ağır_döyüşlər_gedir
Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiya Yəmənin Əl-Hüdəydə vilayətinə qarşı hücumlarını artırıb. Hazırda Hüdəydə limanının şimal-qərbində ağır döyüşlər gedir. Savaş meydanında böyük itkilər verən təcavüzkar düşmən yaşayış məntəqələrinə havadan raket zərbələri endirməklə yəmənlilərin müqavimətini sındırmağa çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2018 14:33 Asia/Baku
  • Yəməndə savaş; Hüdəydə hava limanı uğrunda ağır döyüşlər gedir
    Yəməndə savaş; Hüdəydə hava limanı uğrunda ağır döyüşlər gedir

Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiya Yəmənin Əl-Hüdəydə vilayətinə qarşı hücumlarını artırıb. Hazırda Hüdəydə limanının şimal-qərbində ağır döyüşlər gedir. Savaş meydanında böyük itkilər verən təcavüzkar düşmən yaşayış məntəqələrinə havadan raket zərbələri endirməklə yəmənlilərin müqavimətini sındırmağa çalışır.

Təcavüzkar qüvvələrin Əl-Hüdəydə hava limanının 16 km şimal-şərqində yerləşən ərazilərə hücumları artıb. Səudiyyə qüvvələri hava hücumları ilə bir vaxtda qurudan da bu məntəqənin mərkəzinə doğru hərəkət etməyə başlayıblar. Amma, yəmənli mübarizlərin sürətli reaksiyası ilə üzləşiblər. 

Yəmənin Müdafiə Nazirliyi bu hücumun zərərsizləşdirildiyini və təcavüzkar düşmənin ağır xəsarətə məruz qaldığını bildirərək, təqribən 45 muzdlunun öldürülməsindən xəbər verib.

“Allahın lütfü sayəsində biz burdayıq və müqavimət göstəririk. Düşmən bilməlidir ki, Hüdəydə onların cəhənnəmi olacaq.”

 

“Biz hazırda Hüdəydənin 16 kilometrliyindəyik.  Düşmən ağır tələfat verərək, geri çəkilməyə məcbur olub.”

 

“Qərb sahilində gedən döyüşlər biz yəmənlilər üçün həlledicidir. Nəyin bahasına olursa olsun, bu məntəqəni qoruyacağıq. Strateji önəmini nəzərə alaraq, düşmən bu məntəqəni ələ keçirməyə çalışır. Amma, onların nəsibi ölümdən başqa bir şey olmayacaq. Müqavimətin Mühribə Təbliğatı Qərargahı düşmənin ylanlarını ifşa edir.”

 

Bu pusquda düşmənin 3 zirehli texnikası məhv edilib.

Yəmənin Müdafiə Nazirliyi düşmənin 4 piyada döyüş maşını və 8 zirehli texnikasının bütün sərnişinləri ilə birlikdə məhv edildiyini bildirib. Bu bəyanatda həmçinin deyilir: Düşmən öz məğlubiyyətlərini gizlətmək üçün yalan təbliğatlara üz tutub. Baxmayaraq ki, hazırda savaşın idarə edilməsi amerikalılara tapşırılıb.

 

“Təcavüzkarlar yalan təbliğatlara üz tutublar. Yalançılar koalisiyasının yalanları ötən 4 ildə dəfələrlə sübut olunub. İşğalçılar Yəməni yəmənlilərdən azad etmək istədiklərini deyirlər.”

 

“Yanmaqda olan bu maşın ABŞ istehsalı olan ən modern zirehli maşındır.”

 

Döyüşlərin qızışması ilə Ərəbistan qırıcıları Hüdəydə limanının 16 kilometrliyində yerləşən bu məntəqəyə raket zərbələri endiriblər. Bu qanlı cinayətdə 15 nəfər şəhid olub. Yəmənin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, düşmən helikopterləri cəsədlərin toplanılması və yaralılara yardımın göstərilməsinə icazə vermirlər.