Yəmən xalqı Sənada BMT-nin ofisi önündə aksiya keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322741-yəmən_xalqı_sənada_bmt_nin_ofisi_önündə_aksiya_keçirib
Çoxlu sayda yəmənli BMT-nin Yəmənin paytaxtı Sənadakı ofisi önündə aksiya keçirərək, Yəmənin bütün quru, hava və dəniz yollarının bağlı saxlanılmasına etiraz edib və Ərəbistanın yaralıların və xəstələrin müalicə olunmaq üçün ölkədən çıxarılmasına icazə verməməsini qınayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2018 15:55 Asia/Baku
  • Yəmən xalqı Sənada BMT-nin ofisi önündə aksiya keçirib

Çoxlu sayda yəmənli BMT-nin Yəmənin paytaxtı Sənadakı ofisi önündə aksiya keçirərək, Yəmənin bütün quru, hava və dəniz yollarının bağlı saxlanılmasına etiraz edib və Ərəbistanın yaralıların və xəstələrin müalicə olunmaq üçün ölkədən çıxarılmasına icazə verməməsini qınayıblar.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənlilər BMT-nin Sənadakı ofisi önündə aksiya keçiriblər. Aksiyada qiraət olunan bəyanatda BMT, insan haqları təşkilatları, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatı habelə, digər əlaqədar təşkilatlardan və qurumlardan Yəmənli xəstələr və yaralılar qarşısında öz insani, qanuni və əxlaqi vəzifələrinə əməl etmələri və Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın cinayətlərini habelə, Yəmən böhranı üçün siyasi həll yolunun tapılmasına mane olmalarını qınamalarını istəyiblər.