Heydər Əl-İbadi namizədlikdən vaz keçib
-
Heydər Əl-İbadi namizədlikdən vaz keçib
İraqın baş naziri ali dini mərcələrin tövsiyələrinə sadiq qaldığını və siyasi prossesə hörmətlə yanaşdığını bildirərək ikinci dəfə üçün baş nazir postuna namizəd olmayacağını bildirib.
Əl-İraqiyyə telekanalı bildirib ki, Heydər Əl-İbadi dünən həftəli brifinqində dini mərcələrin tanınmış simaların baş nazirlik postuna namizəd olmamalarına dair tövsiyəsi barədə deyib: Mən mərcələrin tovsiyələrinə hörmətimi və sədaqətimi elan edirəm.
İraqın baş naziri deyib: Baş nazirlik vəzifəsində qalmağa israrlı deyiləm və siyasi prossesin inkişaf etməsinə hörmətlə yanaşıram , hökumətin tezliklə təşkil edilməsinin tərəfdarıyam.
Əl-İbadi həmçinin son illərdə İraq dövlətinin nailiyyətlərinə toxunaraq deyib: Nazirlər kabinetinin razılığı ilə Həşdüşşəbi qüvvələrinin maaşları gələn aydan artırılacaq və digər təhlükəsilzik qüvvələrinin əmək haqları səviyyəsinə çatdırılacaq.