Sen 14, 2018 20:10 Asia/Baku
  • Fələstin muxtariyyəti: ABŞ Qüds tarixini saxtalaşdırmaq istəyir
    Fələstin muxtariyyəti: ABŞ Qüds tarixini saxtalaşdırmaq istəyir

Fələstin muxtariyyətinin sözçüsü deyib: ABŞ prezidentinin kürəkəni və müavini Cerad Kuşnerin sözləri Qüds şəhərinin , islam və xristian müqəddəslərinin təhrif edilməsi və saxalaşdırılması uğrunda cəhddir.

İRNA-nın verdiyi məlumata görə, Nəbil Abu Redinə bu gün deyib: Cerad Kuşnerin Nyu-york tayms qəzeti ilə müsahibədə söylədikləri onun Fələstin məsələsinin həqiqətini bilməməsindən mənşə alır və beynəlxalq qanunlar və qətnamələrə əsasən Qüdsün Fələstinin paytaxtı olaraq qalmayacağı təqdirdə saziş müzakirələri həyata keçirilməyəcək. 

Əbu Redinə deyib: Fələstin xalqının tarixi və dini həqiqətlərinin inkar edilməsi regionu destabilləşdirəcək və Fələstin xalqı heçvaxt təzyiqlər, sanksiyalar və bacalan siyasətlər qarşısında təslim olmayacaq. 

Teqlər