Ərəbistanın neftayırma zavodu yəmənlilər tərəfindən hədəfə alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322889-Ərəbistanın_neftayırma_zavodu_yəmənlilər_tərəfindən_hədəfə_alınıb
Yəmən ordusunun raket bölməsi səudiyyənin Yəmən xalqına qarşı hücumlarına cavab olaraq, Ərəbistanın cənubundakı Cizan məntəqəsində yerləşən Aramko neftayırma zavodunu bir ədəd ballistik raketlə hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2018 05:24 Asia/Baku
  • Ərəbistanın neftayırma zavodu yəmənlilər tərəfindən hədəfə alınıb

Yəmən ordusunun raket bölməsi səudiyyənin Yəmən xalqına qarşı hücumlarına cavab olaraq, Ərəbistanın cənubundakı Cizan məntəqəsində yerləşən Aramko neftayırma zavodunu bir ədəd ballistik raketlə hədəfə alıb.

Bundan öncə Yəmənin bir ədəd pilotsuz uçan aparatı bu ölkənin qərb sahilində yuva salmış əmirliklərin qüvvələrinin qərargahını hədəfə almışdı.

Təcavüzkar səud koalisiyasının sözçüsü Tərəki Əlmaliki də bu koalisiyanın bir ədəd hərbi vertolyotunun Yəmənin Əlmuhrə əyalətində süqut etməsi və onun iki sərnişininn ölməsindən xəbər verib.

Digər tərəfdən, səudiyyə qırıcılarının Yəmənin Əlhudəydə şəhərinin şərqində yerləşən "16-cı kilometr" adlı məntəqəyə qarşı hücumunda azı səkkiz yəmənli mülki həyatını itiribdir.